İnsanlara hürriyət, millətlərə istiqlal!

"Spartak"ın əcnəbi futbolçusu Moskvada polis idarəsində qalmaqal yaradıb

Moskvanın “Spartak” klubunun hollandiyalı hücumçusu Quinsi Promes Moskvada polis idarəsində qalmaqal yaradıb.

Musavat.com xəbər verir ki, bu barədə Mash Telegram kanalında məlumat verilib.

Mənbənin sözlərinə görə, əcnəbi futbolçu dostlarının saxlanmasından xəbər tutandan sonra şöbəyə gəlib. İdmançı qəzəblənib, hüquq-mühafizə orqanlarına şikayət edib və böyük qalmaqal yaradıb. Qeyd olunur ki, Promesin dostları narkotikdən istifadədə şübhəli bilinirlər.

İyunun 19-da məhkəmə Promesə qiyabi olaraq 18 ay həbs cəzası verib. 31 yaşlı hücumçu silahlı hücumda və əmisi oğlunu bıçaqlamaqda günahkar bilinib. Hazırda məhkum olunmuş futbolçu Moskvadadır və hökmdən apellyasiya şikayəti verməyi planlaşdırır.

Promes 2021-ci ilin fevralında “Spartak”a qayıtdı. Bundan əvvəl o, 2014-2018-ci illərdə “qırmızı-ağlar”da çıxış edərək komanda ilə Rusiya çempionu və ölkə Superkubokunun qalibi olub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR