İnsanlara hürriyət, millətlərə istiqlal!

Soros fondları Avropadan çıxır

Corc Sorosun Açıq Cəmiyyət Vəqfləri (OSF) şəbəkəsi Avropa Birliyindəki fəaliyyətini dayandırır.

Musavat.com xəbər verir ki, bu barədə "Euronews" kanalı məlumat yayıb.

Məlumata əsasən, Avropa layihələri üçün donorların büdcəsi minimuma endiriləcək. Təşkilat rəhbərlərinə görə, rəsmi Brüssel və üzv ölkələr sosial problemlərin həllinə, demokratiyanın və vətəndaş qruplarının dəstəklənməsinə böyük vəsait ayırır.

Azad Avropa/Azadlıq Radiosunun Macarıstan Xidmətinin məlumatına görə, ötən cümə günü OSF İdarə Heyəti bütün cari benefisiarlara müvafiq məktub göndərib.

Qərardan AB-nin Şərqi Avropa ölkələrinin nümayəndələri, xüsusilə LGBT təmsilçiləri narazı qalıblar. Macarıstan nümayəndəsinin sözlərinə görə, bu qərarın səbəbləri çox az adam tərəfindən başa düşülür.

"Məncə, arqumentlər bir qədər ziddiyyətlidir" - deyə macar aktivist Peter Hanzli bildirib.

"Avropa İttifaqı müxtəlif bəyanatlar verməyi sevir, lakin icrası o qədər də sadə deyil. Demokratiyaya gəldikdə, təkcə Macarıstanda deyil, digər AB üzv dövlətlərində də o, ən yaxşı formada deyil", - deyə Hanzli qeyd edib.

Baş nazir Viktor Orbanın təzyiqi ilə 2018-ci ildə strukturlarını Budapeştdən Berlinə köçürən Corc Soros bundan sonra öz pularını əsasən dünyanın digər yerlərində xərcləyəcək. Təşkilat yeni siyasətə keçidlə bağlı konkret müddət göstərməyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR