İnsanlara hürriyət, millətlərə istiqlal!

Son mərhələ gəlib çatdı: "Ən yaxın nöqtədəyik..."

Xəbər verdiyimiz kimi, HƏMAS lideri İsmayıl Haniyə İsraillə atəşkəslə bağlı razılığa gəlməyə yaxın olduqlarını bəyan edib.

Qətərin vasitəçiliyi ilə toplanan müzakirəçilər oktyabrın 7-də əsir götürülən, çoxu israilli olan təxminən 240 məhbusun azad edilməsinə və 13 mindən çox insanın həlak olduğu Qəzzada atəşkəsə imkan verəcək saziş imzalamaq üçün danışıqlar aparır. Aralarında qadın və uşaqların da olduğu bəzi fələstinlilərin İsrail həbsxanalarından azad edilməsinin də müzakirə mövzusu olduğu bildirilir.

Musavat.com xəbər verir ki, Qətərin Xarici İşlər Nazirliyinin sözçüsü Majed Al-Ansari mövzu ilə bağlı açıqlama verib.

O bildirib ki, İsrail - HƏMAS razılaşması olduqca yaxındır.

"Biz razılığa gəlməyə ən yaxın nöqtədəyik" - o bildirib.

Al-Ansari danışıqların son mərhələyə çatdığını vurğulayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR