İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Zelenskiyə "SOYUQ DUŞ" - 2 ölkədən ardıcıl zərbə aldı

NATO-ya üzv iki ölkə ABŞ və Slovakiyada Ukraynaya dərindən təsir edəcək hadisələr baş verib. ABŞ Konqresi həftələrlə davam edən müzakirələrdən sonra 45 günlük qısamüddətli xərclər haqqında qanun layihəsini qəbul edib. Qanun layihəsi ikitərəfli dəstək alıb. Bununla belə, qanun layihəsində Ukrayna üçün əlavə vəsaitin nəzərdə tutulmadığı açıqlanıb.

Musavat.com bu barədə Newsweek-ə istinadən xəbər verir.

Bildirilir ki, ABŞ prezidenti Co Bayden Ukrayna üçün 300 milyon dollar tələb edib. Lakin bu vəsait qanun layihəsinə daxil edilməyib.

Slovakiyada isə qeyri-rəsmi nəticələrə görə, keçirilən ümumi seçkiləri rusiyayönlü keçmiş baş nazir Robert Fiko qazanıb. Fiko bütün kampaniya boyunca Ukraynaya hərbi yardımı dayandıracağına söz vermişdi.

O, Qərb ölkələrinin Kiyevə etdiyi hərbi yardımı müharibəni alovlandırdığını əsas gətirərək tənqid etmiş, “Ukraynaya bir güllə belə verilməyəcəyini” və Rusiya ilə əlaqələrin yaxşılaşacağını vəd etmişdi.

Newsweek bu hadisəni "Ukrayna iki NATO müttəfiqindən pis xəbər aldı" başlığı ilə yayımlayıb.

Qeyd edək ki, Slovakiya 2021-ci ildən Ukraynaya ən çox silah yardımı edən ölkələr sırasındadır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR