İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Suriyada vəziyyət dəyişdi! Çox sayda ölü və yaralı var - FOTOLAR

Xəbər verdiyimiz kimi, Suriyada üsyançılar Əsəd rejiminin nəzarətində olan Hələb şəhərini ələ keçirib.

Təhlükəsizlik mənbələrindən əldə edilən məlumata görə, Suriya Milli Ordusu (SMO) "Azadlıq Şəfəqi" əməliyyatına başlayıb.

Son məlumatlara görə, Rusiya qırıcıları Hələb Universitet Xəstəxanasına hava hücumu təşkil edib.

Yerli mənbələrin verdiyi xəbərə görə, Su-24 tipli Rusiya qırıcılarının təşkil etdiyi hücum nəticəsində ilkin məlumata əsasən, 9 nəfər ölüb, 10 nəfər yaralanıb.

Suriyadakı son vəziyyət belədir:

"Heyət Təhrir əş-Şam" (HTŞ) Dəməşq rejiminə qarşı başlatdığı hücumları davam etdirir. HTŞ-yə bağlı müxalif qruplar ölkənin ikinci böyük şəhəri olan Hələbdə nəzarəti ələ keçirib. Döyüşlərdə 50-yə yaxın mülki şəxs də daxil olmaqla, təxminən 350 nəfərin öldüyü bildirilir.

Suriya Milli Ordusu Tel Rifat şəhərini tam mühasirəyə alaraq irəliləyişini davam etdirir.

Aytən Novruz
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Yanvar 2025

22 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR