İnsanlara hürriyət, millətlərə istiqlal!

Son dəqiqə! Paşinyan siyasi rəqiblərini təhqir etdi: "Ermənistanı dövlət kimi yox etmək...”

Ermənistanın baş naziri Nikol Paşinyan keçmiş hakimiyyətin legitimliyini bir daha sual altına alaraq, onların ölkənin müstəqilliyini məhv etməyə yönəldiyini iddia edib.

“Seçkiləri saxtalaşdıran uzurpatorlar, sizə hakimiyyəti verənlərin bunu hansı məqsədlə etdiyini unutmayın və danışın. Siz bunu deməyəcəksiniz, amma mən deyəcəyəm. Onlar sizi hakimiyyətə gətirəndə məqsəd Ermənistan Respublikasının heç vaxt müstəqil dövlət olmaması, hətta ümumiyyətlə bir dövlət kimi varlığını itirməsi idi. Ermənistanın formal dövlət kimi mövcudluğunun sona çatmasını, bir gün ona buraxılma əmri verilməsini və onun bu əmri itaətlə yerinə yetirməsini istəyirdilər", – deyə Paşinyan vurğulayıb.

Musavat.com xəbər verir ki, müxalifətin onu “xəyanətkar” adlandırmasını da tənqid edərək, əslində bunun çətin və ağır, lakin Ermənistanın dövlətçiliyinin qorunması üçün yeganə yol olduğunu bildirib:

“Sizin xəyanət adlandırdığınız şey – bizim bu planı zərərsizləşdirmək üçün ağır və sərt, lakin hər gün daha real görünən cəhdimizdir".

Paşinyanın bu sərt çıxışı, Ermənistan siyasi səhnəsində gərginliyin daha da artdığını göstərir. Onun bu bəyanatları ölkədə növbəti siyasi böhran dalğasının başlanğıcı ola bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Mart 2025

BÜTÜN XƏBƏRLƏR