İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı QƏRAR verdi

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 0,5 faiz bəndi azaldılaraq 8,5 %-dən 8 %-ə endirilməsi barədə qərar qəbul edib.

Musavat.com bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, faiz dəhlizinin aşağı həddi 0,5 faiz bəndi azaldılaraq 7 %-dən 6,5 %-ə, yuxarı həddi isə 0,5 faiz bəndi azaldılaraq 9,5 %-dən 9 %-ə endirilib.

"Bu qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf dəhlizində (4±2%) olması, inflyasiya gözləntilərinin stabilləşməsi, eləcə də valyuta bazarında izafi təklif nəzərə alınmaqla qəbul edilib", - deyə AMB bəyan edib.

Bu qərar sabahdan qüvvəyə minir. Faiz dəhlizinin parametrləri ilə bağlı qәrarların 2024-cü il üzrə ictimaiyyətə açıqlanması qrafiki bu ilin sonunda açıqlanacaq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR