İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Lavrovdan ŞOK AÇIQLAMA: "Bizi aldatdılar..."

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qara dəniz taxıl təşəbbüsü ilə bağlı Rusiyaya yalan danışdıqlarını iddia edib.

Musavat.com xəbər verir ki, Lavrov BMT Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində mətbuat konfransı keçirib.

Brifinq zamanı jurnalist nazirə Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreşin Rusiyanın “Qara dəniz taxıl təşəbbüsünə yenidən qoşulmaq istəyinin olub-olmamasını sorğulaması” ilə bağlı sual ünvanlayıb.

Lavrov BMT-nin baş katibi Quterreşin sözlərinə cavab verə bilməyəcəyini ifadə edib: "Bizə yalan danışdılar. Baş katib ya bunu deməyə məcbur edildi, ya da yanlış yönləndirildi".

“Onlar (Qərb) bilavasitə Rusiya gübrəsinin və taxılının ixracını asanlaşdırmaq üçün investisiyaların yumşaldılacağını bildiriblər”, - Lavrov deyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR