İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Kritik tarix açıqlandı: Gələn həftə...

İsraillə Türkiyə arasındakı buzlar əriməkdə və atılan qarşılıqlı addımlar öz bəhrəsini verməkdə davam edir. İsrailin baş naziri Benyamin Netanyahu və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın nə vaxt görüşəcəyi bir müddətdir maraqla gözlənilir.

Musavat.com xəbər verir ki, "The Times of Israel" Türkiyəyə səfərini səhhətinə görə ləğv edən Netanyahunun gələn həftə Nyu-Yorkda keçiriləcək BMT sammitində Ərdoğanla görüşəcəyini açıqlayıb.

London mərkəzli “Asharq Al-Awsat” nəşri isə İsrailin baş naziri Netanyahunun Türkiyə ilə bağlı planından yazıb.

“Netanyahu Türkiyə üzərindən Avropaya qaz kəməri çəkməyi düşünür. O, nazirlik rəsmilərinə İsrailin hazırkı qaz ixracatına alternativləri araşdırmaq göstərişi verib. Nəzərdə tutulan variantlardan biri də Türkiyədən İsrailin ən böyük dəniz qaz yatağı olan Leviafana sualtı boru kəmərinin çəkilməsidir” - nəşrin məlumatında bildirilib.

Qəzet plan çərçivəsində qazın Türkiyəyə, oradan da Cənubi Avropa ölkələrinə yönəldiləcəyini yazıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR