İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Jurnalist Ceyhun Əsgərov xəstəxanaya aparıldı, vəziyyəti... - FOTO

Milli Qəhrəman Salatın Əsgərovanın oğlu jurnalist Ceyhun Əsgərov toksikologiya şöbəsində müayinə və müalicə olunur, sabah evə buraxılacaq

Musavat.com xəbər verir ki, Ceyhun Əsgərov təcili yardım maşını ilə Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə aparılıb. Xatırladaq ki, bir müddət əvvəl o, sosial şəbəkələrdə status və səs yazısı paylaşaraq səhhətinin ağır olduğunu, ölüm təhlükəsi ilə üz-üzə qaldığını bildirmişdi.

Bu paylaşımdan sonra səhiyyə qurumları hərəkətə keçərək onu təcili yardım vasitəsilə Kliniki Tibbi Mərkəzə çatdırıb.  Hazırda toksikologiya şöbəsində ona tibbi yardım göstərilir.

Hadisə yerində olan müxbirimizin növbətçi həkim Könül Əzizovadan əldə etdiyi məlumata görə, Ceyhun Əsgərova dərhal sistem qoşulub. Jurnalistin vəziyyəti stabildir. Müxbirimiz Ceyhun Əsgərovun özü ilə də danışıb. Jurnalist durumunun nisbətən düzəldiyini və sistemdən sonra açıqlama verə biləcəyini söyləyib. Gözlənilir ki, o, bu gecə və ya sabah səhər evə buraxılacaq.

Musavat.com

Screenshot_3.png (328 KB)

Screenshot_5.png (333 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Mart 2025

BÜTÜN XƏBƏRLƏR