Onlayn ictimai-siyasi qəzet
Göygöldə binanın zirzəmisi çöküb.
Musavat.com-un APA-ya istinadla məlumatına görə, hadisə Heydər Əliyev prospektində yerləşən binada qeydə alınıb.
İlkin məlumata görə evdə təmir gedərkən çökmə zamanı 1 nəfər dağıntı altında qalıb. Hadisə yerinə Polis və digər qurumların əməkdaşları cəlb olunub.
Hazırda xilasetmə istiqamətində işlər gedir. Bir nəfərin dağıntı altında qalaraq öldüyü bildirilir.
***
Göygöldə çökən binanın dağıntıları altında qalan şəxsin kimliyi məlum olub.
APA-nın hadisə yerində olan müxbiri xəbər verir ki, bu, Cəfərov Emin Əlvan oğludur.
***
Xəbər verildiyi kimi, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Göygöl şəhərində fərdi yaşayış evində 1 nəfərin uçqun altında qalması barədə məlumat daxil olub.
APA xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Gəncə Regional Mərkəzinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin şəxsi heyəti, müvafiq texnikası və xüsusi təlim keçmiş xidməti it axtarış-xilasetmə işlərinə cəlb olunub.
Xilasedicilər xüsusi texnika və avadanlıqlardan istifadə etməklə axtarış-xilasetmə işlərini davam etdirir.
Əlavə məlumat veriləcək.
06 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ