İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Gəncədə güclü yanğın: 10 nəfər...

Gəncə şəhərində yaşayış binasında yanğın olub, zəhərlənən var.

Hadisə şəhərin Atatürk prospekti 197 mənzil 58 ünvanında qeydə alınıb.

Hadisə yerinə Fövqalədə Hallar Nazirliyinin 4 yanğınsöndürən maşını və canlı qüvvə cəlb olunub.

Beşmərtəbəli binanın 3-cü mərtəbəsində olan 1 otaqlı mənzildə baş vermiş yanğın söndürlüb. Yanğın nəticəsində evin 12 kvadratmetr sahəsi yanıb. Binada yaşayanlardan 10 nəfər təxliyə olunub.

Onlardan 2005-ci il təvəllüdlü P.Alıyev tüstüdən zəhərlənib və xəstəxanaya yerləşdirilib. Daha 1 qadına isə yerində tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır. (Report)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR