Onlayn ictimai-siyasi qəzet
ABŞ ticarət balansındakı ciddi uyğunsuzluğa görə milli təhlükəsizliyə təhdid yarandığını əsas gətirərək fövqəladə vəziyyət elan edib.
Musavat.com xəbər verir ki, bu barədə Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp rəsmi açıqlama verib.
“Oyanan təhlükə ABŞ daxilində deyil, ölkənin əsas ticarət tərəfdaşlarının iqtisadi siyasətləri və qlobal ticarət sistemindəki struktur problemlərindən qaynaqlanır. Buna cavab olaraq mən milli fövqəladə vəziyyət elan etməyə qərar verdim”, – deyə, Tramp bəyan edib.
Prezidentin sözlərinə görə, ABŞ-nin digər ölkələrlə ticarət münasibətləri qarşılıqlılıq prinsipi əsasında qurulmayıb: “Üstəlik, bu əlaqələr, xüsusilə son illərdə, ciddi şəkildə balanssız hala gəlib”.
Musavat.com
25 May 2025
24 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ