Onlayn ictimai-siyasi qəzet
Bu günlərdə Tiflisdə Türkiyə və Ermənistan müzakirələri keçirilib.
Musavat.com xəbər verir ki, bu barədə hər iki tərəf rəsmi məlumat yaymasa da, dünən Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülkadir Uraloğlu telekanallardan birində mövzu ilə bağlı açıqlama verib.
Doğrudur, Uraloğlu geniş və əhatəli bir müzakirənin aparılmadığını da xüsusi qeyd edib. Lakin bu ötəri açıqlama erməni ictimaiyyətini qəzəbləndirməyə kifayət edib.
Tarix elmləri namizədi, türkoloq Varujan Qeqamyan görüşlə bağlı şərhində deyib ki, Ermənistan hakimiyyəti xalqın arxasında "hansısa" danışıqlar aparır və Ermənistan Respublikasının rəsmilərindən heç kim bu görüş barədə məlumat verməyib.
"Ermənistan tərəfindən Zəngəzur dəhlizi ilə bağlı mahiyyətcə heç bir müqavimət yoxdur; üstəlik, bu yaxınlarda Gürcüstanda (Tiflis) türkiyəli nazir müavininin də iştirak etdiyi görüş çərçivəsində bu mövzuda erməni - türk müzakirəsi baş tutub" - Qeqamyan əlavə edib.
Erməni türkoloq vurğulayıb ki, Tavuş mövqelərinin və kəndlərinin təslim edilməsi Sünikdən keçməklə Türkiyə dəhlizi tələbinin yerinə yetirilməsini asanlaşdırır və sürətləndirir.
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ