İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ: Erməni döyüşçülər kəndlərimizə gəlir, parlament TƏCİLİ toplanır

Ermənistan parlamentində Azərbaycanla sərhədin delimitasiya və demarkasiyası prosesi ilə bağlı təcili sessiya keçiriləcək. Bunu parlamentin spikeri Alen Simonyan deyib. Sessiyanın parlamentin “Hayastan” və “Şərəfim var” fraksiyalarının təklifi əsasında keçirilməsinə qərar verildiyi açıqlanıb. İclasda xarici işlər naziri Ararat Miroyan və baş nazirin müavini, demarkasiya komissiyasının üzvü Mqer Qriqoryanın iştirak edəcəyi deyilib.

Ermənistanda “döyüş qardaşlığı” radikal təşkilatın üzvləri yenidən Qazaxın işğal altındakı kəndlərinə gəlməyə hazırlaşır.

Təşkilatın üzvləri daha öncə Qazaxın kəndlərində hərbi təlimlər keçirmək, orada məskunlaşan erməniləri Azərbaycana qarşı müharibəyə hazırlaşdırmaq istəsələr də, Ermənistan hakimiyyəti buna imkan verməyib.

Təşkilatın rəhbəri Hrant Ter-Abrahamyan bildirib ki, yenidən Tavuşa gedəcəklər.

“Bizə icazə vermirlər, amma biz oradakı əhaliyə (Qazaxın kəndlərində məskunlaşdırılan ermənilər-red) söz vermişik ki, yanlarında olacağıq. Əslində bütün bunlar təkcə Tavuş məsələsi deyil, bütün Ermənistanın məsələsidir. Bu gün Noyemberyandadır, sabah İcevanda ola bilər. Ermənistanın hər bir bölgəsində qaynar nöqtələr var. Əhali müqavimət göstərəcəksə, biz də onların yanında olacağıq”, - o bildirib.

Ter-Abrahamyan Azərbaycanla müharibəyə hazırlaşdıqlarını, hətta hücuma keçə biləcəklərini gizlətmir. İddia edir ki, Azərbaycan Qazaxın işğal altındakı kəndləri və Zəngəzur dəhlizi istiqamətində əməliyyat həyata keçirə bilər.

“Bu, genişmiqyaslı müharibə yox, 2-3 günlük əməliyyat ola bilər. Biz də buna hazırlaşmalı, buna bənzər bir şey etməliyik”, - radikal qruplaşmanın rəhbəri deyib.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız təhlükəsizlik eksperti İlham İsmayıldır. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR