Onlayn ictimai-siyasi qəzet
“Yalana inam 50.000 manatın kartdan oğurlanması ilə nəticələnib” – DİN çağırış edir
Diqqətsizlik, ehtiyatsızlıq, yalana inam 50.000 manatın oğurlanması ilə nəticələnib.
DİN-in Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev Musavat.com-a bildirib ki, investiya adı ilə bank kartı məlumatlarını naməlum şəxsə verən xanımı inandırıblar ki, az yatırım etməklə daha çox qazanc əldə edə bilər.
Onun sözlərinə görə, danışıqlar Qazaxıstan nömrəsi ilə aparılıb. Bu, yeganə fakt deyil:
"Avqustun 2-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla – 9050, 504, 1527, 1000, 1000, 2436, 100, 1000, 535, 27, 80, 1000, 101, 2800, 230, 460 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.
Vətəndaşlara çağırış edirik ki, kiber məkanda sxemlər tez-tez dəyişir, lakin prinsiplər dəyişmir. Naməlum şəxslərdən daxil olan şübhəli zəngləri, mesajları açmayın, danışmayın, yazışmayın. Hesabınıza kimsə pul köçürmək istəyirsə, bank kartınızın 16 rəqəmindən əlavə məlumatları verməyin, əks halda pul vəsaitinizi itirəcəksiniz!"
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ