İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Danışıqlar BİTDİ: Putin Trampla GÖRÜŞMƏYƏCƏK? - "Çətin məsələdir..."

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı Diriye sarayında bir araya gələn Rusiya və ABŞ nümayəndə heyətləri arasında danışıqlar başa çatıb.

Musavat.com xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova 4,5 saat davam edən görüşlə bağlı ilk açıqlama verib.

O, ABŞ-ın Ukrayna məsələsinə ciddi yanaşdığını bildirib:

"Biz gördük ki, ABŞ ikitərəfli münasibətlərdə və beynəlxalq gündəmdə yığılan bir çox problemləri, xüsusən də Ukrayna məsələsini müzakirə etməkdə ciddidir".

Rusiyanın vitse-prezidenti Yuri Uşakov isə Putin-Tramp görüşünün dəqiq tarixinin bəlli olmadığını qeyd edib:

"Putin və Trampın görüşünün yaxın həftələrdə baş tutması ehtimalı görünmür. Dəqiq tarix barədə danışmaq çətin məsələdir".

Qeyd edək ki, "Bloomberg" ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin gələn həftə görüşə biləcəyini yazıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Fevral 2025

22 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR