Onlayn ictimai-siyasi qəzet
Somalinin paytaxtı Moqadişo şəhərində baş vermiş partlayışlar nəticəsində ölənlərin sayı 121-ə yüksəlib.
APA xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Əli Hacı Adan “Dalsan” radiosuna müsahibəsi zamanı deyib. Nazir həmçinin qeyd edib ki, partlayışlar nəticəsində 333 nəfər yaralanıb.
Xatırladaq ki, “Aş-Şabab” terror qruplaşmasının üzvləri olan kamikadzelər oktyabrın 29-u səhər saatlarında Somalinin paytaxtı Moqadişonun mərkəzində, Təhsil Nazirliyinin binası önündə 2 ədəd içi partlayıcı maddə ilə dolu olan maşın partladıb.
“Hadisədə xəsarət alanlardan 142 nəfəri hazırda xəstəxanalardadır. Onların arasında 4 nəfərin vəziyyəti kritikdir və yaxın saatlarda müalicə almaq üçün Türkiyəyə aparılacaqlar”, – nazir əlavə edib.
Həmçinin əlavə edilib ki, bu hadisə 2017-ci ildən indiyə qədər baş vermiş ən böyük terror hadisəsidir. Belə ki, 2017-ci ildə “Safari” otelin yaxınlığında baş vermiş 2 partlayış nəticəsində 587 nəfər həyatını itirmişdi.
14 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ