İnsanlara hürriyət, millətlərə istiqlal!

ŞOK XƏBƏRDARLIQ! Bu saatlarda çölə çıxmayın, əks halda...

Günəş şüaları dərimizin vaxtından əvvəl qocalmasına, dəri ləkələrinə, günəş yanıqlarına, allergik dəri töküntülərinə və dəri xərçənginə səbəb ola bilər. 

Musavat.com xəbər verir ki, bunu Türkiyənin məşhur dermatologiya mütəxəssisi Özlem İpek deyib.

Uzman həkim Günəşə həddindən artıq məruz qalma nəticəsində meydana gələn günəş yanıqların əlamətlərindən bəhs edib:

“Günəş yanığı günəşə məruz qaldıqdan bir neçə saat sonra dəridə qızartı, qızdırma, ağrı və həssaslıq ilə başlayır. Yanığın şiddətindən asılı olaraq, qabarcıq, qabıqlanma və quruma əlamətləri görünə bilər. Günəş yanığı əmələ gələn şəxs səhiyyə müəssisəsinə müraciət etməlidir”.

O, yay aylarında günəş şüalarının ən güclü olduğu 11:00-16:00 saat aralığıda çölə çıxmamaq barədə xəbərdarlıq edib:

“Məcburi hallar istisna olmaqla, günorta saatlarında çölə çıxmamalısınız. Çölə çıxarkən açıq rəngli, pambıq, sıx toxunmuş paltarlara üstünlük verilməlidir. Geniş papaqlar və gün eynəklərindən istifadə edilməlidir. Ən azı 30 faktorlu (SPF) günəş kremi istifadə edilməlidir”.

Həkim günəş kremi istifadə edərkən nəzərə alınması lazım olan şərtlər haqqında da məlumat verib:

“İdeal günəş kremi ən az 30 qoruma faktoruna malik olmalı, dermatoloji cəhətdən sınaqdan keçirilməli, həm UVA (ləkə əmələ gəlməsi), həm də UVB (günəş yanığı) şüalarına qarşı qoruyucu olmalıdır. Günəşdən qoruyucu krem ​​günəşə çıxmadan 20 dəqiqə əvvəl çəkilməlidir. Məhsuldan kifayət qədər miqdarda (məsələn, üz və boyun nahiyəsi üçün bir çay qaşığı) istifadə edilməli və hər 2-3 saatdan bir təkrarlanmalıdır. Hovuza və dənizə girdikdən sonra yenidən krem çəkilməlidir. Günəşdən qoruyucu kremlərdən təkcə yayda deyil, bütün fəsillərdə istifadə edilməlidir. Əvvəlki yaydan qalma müddəti bitmiş məhsullardan istifadə etmək olmaz”.

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR