Onlayn ictimai-siyasi qəzet
“Ukrayna 2024-cü ilin birinci yarısında Krım körpüsünü vuracaq”.
Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, bunu “The Guardian” nəşrinə Ukrayna Müdafiə Nazirliyi Kəşfiyyat İdarəsinin yüksək rütbəli rəsmiləri bildiriblər.
Onlar körpünün dağıdılmasının qaçılmaz olduğunu iddia edərək, üçüncü hücumu planlaşdırdıqlarını deyiblər.
Mənbə əlavə edib ki, Baş Kəşfiyyat İdarəsinin rəhbəri Rusiya donanmasının Qara dənizdəki mövcudluğunu minimuma endirmək üçün Zelenskinin təsdiq etdiyi plana əməl edib.
Sözügedən hücumunun necə baş verəcəyi hələlik bəlli deyil.
“GUR-un belə yaxşı qorunan və aşkar hədəfə qarşı xüsusi əməliyyat keçirməyə qadir olub-olmadığına dair ciddi şübhələr var”, - deyə nəşr bildirib.
Qeyd edək ki, hərbi ekspert Oleq Jdanov da Krım körpüsünün 2024-cü ildə hücuma məruz qalacağını istisna etmir. O, hesab edir ki, bunun üçün Ukrayna körpünün dayaq sütunlarını məhv etməlidir. O, hücumda pilotsuz təyyarələr, “SCALP” və ya “ATACMS” raketlərindən istifadə oluna biləcəyini düşünür.
27 Noyabr 2024
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ