İnsanlara hürriyət, millətlərə istiqlal!

Şok iddia: “Rusiyaya bioloji hücum olub”-yenə Tacikistan vətəndaşı...

Xəbər verildiyi kimi, Rusiya son 30 ildə ən böyük botulizm epidemiyası ilə sarsılıb. Musavat.com Rusiya mediasına istinadən xəbər verir ki, Moskvada, Moskva vilayətində, Nijni Novqorodda və Kazanda botulizmə yoluxanların sayı daha çoxdur. Reanimasiyada onlarla  adam var. Rusiyalı infeksionist Andrey Pozdnyakov qeyd edib ki, botulizm nadir xəstəlikdir və bu gün baş verənlər Rusiya üçün qeyri-adi hadisədir.

Artıq ilkin müayinələr zamanı məlum olub ki, bütün zərərçəkənlər eyni istehsalçının məhsullarından istifadə ediblər. Zəhərlənməyə səbəb kimi Moskva vilayətində istehsal olunan konservləşdirilmiş lobyadır. Əvvəlcə tuna balığından hazırlanmış konservdən şübhələnirdilər, lakin məlum olub ki, problem paxlalı bitkidən hazırlanmış konservdə olub.

 Rusiyanın bəzi media orqanları iddia ediblər ki, “baş verənlər planlaşdırılmış  bioloji terror hücumuna bənzəyir”. Tacikistan vətəndaşının həbsi bu versiyanı daha da gücləndirib.

fasol_sno.jpg (366 KB)

Zəhərlənmə hallarının araşdırılması ilə bağlı maraqlı detal da üzə çıxıb. Müstəntiqlər əməliyyat tədbirləri  zamanı bu şirkətlərdə əcnəbi vətəndaşların qanunsuz qeydiyyatını aşkar ediblər. Qanunsuz miqrasiya ilə bağlı cinayət işi açılıb. İlkin məlumata görə, zəhərlənmə hadisəsində təhlükəli qida məhsulları istehsal edən şirkətdə işləyən bir neçə qeyri-qanuni mühacir iştirak edib.

Bu gün Moskvada  lovya konservinin hazırlanmasında əsas iştirakçı- aşpaz Kərim Normatov saxlanılıb. Tacikistan vətəndaşı olan Kərim Normatov təhlükəsizlik tələblərinə cavab verməyən xidmətlər göstərməkdə ittiham olunub. İyunun 19-da Moskvanın Zamoskvoretski Məhkəməsi  kütləvi zəhərlənməsi işi üzrə təqsirləndirilən  Kərim Normatovu həbs edib.  O, avqustun 15-dək həbsdə olacaq. Normatov lobya istehsalı ilə məşğul olan “Savon-K” MMC-də aşpaz işləyib, Tacikistan Respublikasının vətəndaşıdır, Balaşixada yaşayıb. “Mash Telegram” kanalının məlumatına görə,  Kərim Normatov ölkəni tərk etməyə cəhd edib. Onu Jukovski hava limanında saxlaya biliblər.

kimyevi.jpg (13 KB)

İstintaqın məlumatına görə, şübhəli şəxs şirkətin faktiki rəhbəri Vladimir Şinin göstərişi ilə təhlükəsizlik tələblərini pozaraq, minimum maliyyə xərcləri ilə lobya hazırlayıb və daha sonra “Local Kitchen” MMC-nin anbarına daşınmaq üçün qablaşdırıb.

 “Rospotrebnadzor”un məlumatına görə,  məhsulların istehsal olunduğu obyektlərdə axtarış aparılıb, ərzaq  paytlanması xidməti fəaliyyətini dayandırıb.

Qeyd edək ki, iyunun 18-də cinayət işi üzrə daha üç təqsirləndirilən şəxsə ittiham elan edilib.  “Lokal Kitchen” şirkətinin baş direktoru Anton Lozin, həmçinin “Lokal Kitchen”in keyfiyyətə nəzarət  şöbəsinin müdiri Yelena Maşkova və “Savon-K” lobya istehsalı şirkətinin faktiki rəhbəri Vladimir Şinə  ittiham elan olunub. Onlar Rusiya  Cinayət Məcəlləsinin 238-ci maddəsi ("Təhlükəsizlik tələblərinə cavab verməyən məhsulların istehsalı və satışı, xidmətlərin göstərilməsi") ilə suçlanırlar.

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Noyabr 2024

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR