İnsanlara hürriyət, millətlərə istiqlal!

ŞOK HESABAT! Putin administrasiyası çətin durumda - Çarəsiz rus ordusu indi də bu yola əl atır

Putin administrasiyası böyük problemlə üzləşib...

İngiltərə Müdafiə Nazirliyinin Rusiya Ordusu ilə bağlı dərc etdiyi kəşfiyyat hesabatı Kreml administrasiyasının çətinliklərini üzə çıxarıb. Rusiyanın Ukraynadakı elektrik stansiyalarına və mülki yaşayış məntəqələrinə raket hücumlarından sonra hazırlanan hesabatda bu ölkənin raket arsenalına diqqət çəkilib, Moskva administrasiyasının vəziyyəti ilə bağlı ətraflı məlumatlara yer verilib.

Musavat.com "The Guardian"a istinadən xəbər verir ki, Britaniya kəşfiyyatının məlumatına görə, Xersondan geri çəkilən rusların Ukraynanın enerji resurslarını hədəfə aldıqları ağır raket hücumları tədricən azalır, çünki ölkənin raket arsenalı tükənmək üzrədir.

Hesabatda uzaqmənzilli raket inventarları tükənən Rusiyanın köhnə, Sovet dövründən qalma nüvə raketlərinin başlıqlarını sökərək Ukraynaya atdığı bildirilir.

"Rusiya, döyüş başlıqlarını çıxararaq köhnə, qanadlı raketlərdən istifadə edir. Əldə edilən görüntülərdə rus ordusunun 1980-ci illərdə nüvə hücumu üçün nəzərdə tutulmuş, havadan yerə atılan AS-15 KENT raketindən istifadə etməsi əks olunub” - İngiltərə Müdafiə Nazirliyinin bəyanatında qeyd olunub.

Hesabatda döyüş başlıqları çıxarılan raketlərin zərər və zərbə baxımından çox müvəffəqiyyətli olmadığı, lakin bu cür hücumların Ukrayna müdafiə sistemlərinə çaşdırıcı təsir göstərə biləcəyi qeyd edilib:

"Raketlər Ukrayna hava məkanında hava hücumundan müdafiə sistemlərini yönləndirmək üçün tələ kimi istifadə oluna bilər. Döyüş başlıqlarının raketlərdən çıxarılması ilə ballistik təsirlər azalacaq, ancaq payızda mövcud olan kinetik enerji və yanacağın partlaması ilə raketlərin təsirli olması mümkündür. Son məlumatlarda Rusiyanın tükənmiş raket arsenalına malik olduğuna dair yüksək sübutlar var”.

Nigar Cəfərli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR