İnsanlara hürriyət, millətlərə istiqlal!

ŞOK ƏMƏLİYYAT - Şəhər merinin evindən 70 kq narkotik ÇIXDI

Fransa polisi Avallon şəhərinin (Yonne departamenti) meri Camili Habsauinin evində axtarış apararkən ordan 70 kiloqram marixuana aşkar edib.

Musavat.com xəbər verir ki, bu barədə BFMTV kanalı məlumat yayıb.

Əməliyyat Daxili İşlər Nazirliyinin elan etdiyi narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə kampaniyası çərçivəsində həyata keçirilib.

Qeyd olunub ki, hüquq-mühafizə orqanlarına kommuna merinin qardaşının qadağan olunmuş maddələrin alveri ilə əlaqəsi barədə məlumat daxil olub.

Məlumata görə, Habsaui özü Fransa Sosialist Partiyasını təmsil edir və 2021-ci ildə Avallon meri vəzifəsinə seçilib. O, həm də regional məsləhətçi kimi fəaliyyət göstərir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR