İnsanlara hürriyət, millətlərə istiqlal!

ŞOK AÇIQLAMA: Bu şəxslərə hər gün 1 milyon dollar VERİLƏCƏK - VİDEO

“Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri İlon Mask ABŞ prezident seçkilərinə qədər hər gün ölkənin Konstitusiyasının birinci və ikinci düzəlişlərinə dəstək verən şəxslər arasında 1 milyon dollar uduş oynayacağını elan edib.

Musavat.com UNİAN-a istinadən xəbər verir ki, o, bu vədi Pensilvaniyada keçirdiyi seçici görüşündə, Donald Trampa dəstək tədbirində açıqlayıb.

Görüş zamanı milyarder ilk çeki də təqdim edib.

"1 milyon dollar qazanmaq üçün tək istəyimiz odur ki, petisiyanı imzalayasınız," - deyə Mask bildirib.

Qeyd edək ki, ABŞ Konstitusiyasının birinci və ikinci düzəlişləri söz azadlığını və silah daşıma hüququnu təmin edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR