Onlayn ictimai-siyasi qəzet
Smolensk vilayətində gecə baş verən dron hücumları gərginlik yaradıb.
Musavat.com xarici mediaya istinadən xəbər verir ki, hücumun əsas hədəfi, ehtimal ki, "Avangard" müəssisəsi olub. Bu zavodda bərk yanacaqlı raket mühərriklərinin korpusları və nəqliyyat-buraxılış konteynerləri istehsal edilir.
Rusiya Müdafiə Nazirliyi bəyan edib ki, bölgə üzərində 10 pilotsuz uçuş aparatı (PUA) məhv edilib.
Hücumla bağlı təfərrüatlar hələ dəqiqləşdirilir, lakin ekspertlər belə hücumların strateji obyektlərə yönəlmiş planlı əməliyyatların bir hissəsi ola biləcəyini ehtimal edirlər.
Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.45-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğludur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
https://www.youtube.com/@musavattv
06 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ