İnsanlara hürriyət, millətlərə istiqlal!

Sloveniya Prezidenti: "Putinin Ukraynaya hücumu münasibətlərimizə zərbə vurdu"

“Rusiya Prezidenti Vladimir Putinin Ukraynaya hücumu mənim üçün sürpriz oldu, həm də təəssüfləndim”.

Musavat.com "Report"a istinadən xəbər verir ki, bunu Sloveniya Prezidenti Borut Pahor Türkiyədə keçirilən səfirlərin 13-cü konfransında deyib.

“Müharibənin nəticələri, əlbəttə, qlobal əhəmiyyət daşıyır. Bu savaşadək Putinlə çox yaxşı münasibətim var idi. Ukraynaya hücum isə münasibətlərimizə zərbə vurdu. Ukraynadakı müharibə koronavirusla bağlı yaranan problemləri daha da artırdı. Bu da Avropanın həyatına təsir edir. Avropa İttifaqı və Qərb Ukraynadakı savaşın yükünü daşımalıdır. Qərbin siyasi birliyinin pozulması qəbuledilməzdir. Biz yalnız bu birlik sayəsində daimi sülhə nail ola bilərik”, - o bildirib.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR