Onlayn ictimai-siyasi qəzet
“Slovakiyanın lideri sui-qəsddən sonra ilk dəfə çıxış edib. Faktiki olaraq o, müxalifəti Soros fondundan dəstək alaraq qeyri - sağlam siyasətdə günahlandırır. Acı aqibət budur. Milli maraqların tapdalanması, müəyyən qlobal qrupların maraqların reallaşması üçün legitim siyasi hakimiyyətlərə təzyiqlər və sair. Sui-qəsd beynəlxalq münasibətlərdə çox pis presendentdir və sözsüz ki, buna yol verənlər ən ağır cəzanı almalıdırlar”.
Musavat.com xəbər verir ki, bu fikirləri Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov bildirib.
“Gürcüstan hökuməti isə LGTB-lərlə bağlı yeni qaydaları tətbiq etmək istəyir. Məlumdur ki, bundan əvvəl Tiflis onlarla bağlı müəyyən yumşaldıcı tədbirlər görmüşdü. Bu dəfə isə, hökumət LGTB - lərlə bağlı sərt addımlar atmaq niyyətindədir. Səbəb kimi ailə institutunun qorunmasının vacibliyi qeyd edilir. Tamamilə doğru. Bununla da, Gürcüstan Qafqaza yad davranış sistemlərinin bölgəyə gətirilməsinə qarşı çıxır”, deyə politoloq əlavə edib.
Zaur Məmmədov Slovakiya liderinin sui-qəsdi ilə Gürcüstanda baş verən olay arasında maraqlı analogiya aparıb:
“Hər iki hadisə bəlkə ilk baxışdan bir-birinə yad olsa da, əslində proseslərin dərinində eyni fəlsəfi- ideoloji xətt var. Dünya ağalığını qeyri - mənəvi addımlarla etmək istəyən və köləliyi yenidən dövriyyəyə buraxan mərkəzlər xalqların suverenliyini boğaraq sükandan bərk yapışmaq istəyirlər”.
Afaq,
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ