Onlayn ictimai-siyasi qəzet
İrəvanda həbs edilən Rusiyanın adamı Samvel Karapetyan Ermənistanda ictimai-siyasi xadimlərə qarşı yeni iddialar qaldırıb.
Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, o, həmin şəxslərin oian böhtan atdıqlarını iddia edərək, üzr və təzminat tələb edir.
“Datalex” məhkəmə aktlarının saytında dərc olunan məlumata görə, Karapetyan hakim “Mülki müqavilə” partiyası, politoloqlar Ruben Mehrabyan və Levon Şirinyan, bloger Roman Baqdasaryan, siyasətçi Azat Arşakyan və Lusine Kesoyana qarşı iddia qaldırıb.
Bundan əvvəl Karapetyan artıq Bağdasaryana qarşı beş gün ərzində ona qarşı səsləndirilən böhtan xarakterli ifadələrin təkzib edilməsi və 6 milyon dram (təxminən 15 min dollar) məbləğində təzminat ödənilməsi tələbi ilə iddia qaldmışdı. Politoloq Ruben Mehrabyana qarşı da iki iddia qaldırılıb. Ondan 3 milyon dram (təxminən 7,5 min dollar) cərimə, habelə məhkəmə xərclərinin ödənilməsi tələb edilir. Digər şəxslərdən də təzminat və üzr tələb olunur.
Bundan əvvəl Karapetyan Ermənistan parlamentinin hakim “Mülki müqavilə” partiyasından olan iki deputatı, hesabı artıq dondurulmuş Arsen Torosyan və Hayk Konjoryan, həmçinin baş nazirin mətbuat katibi Nazeli Bağdasaryan, onun aparat rəhbərinin müavini, politoloq M.Haryunyana və politoloq M.Çakuta qarşı iddia qaldırıb.
Musavat.com
29 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ