İnsanlara hürriyət, millətlərə istiqlal!

"Sizə "insan" deməyə dilim gəlmir" - FOTO

Bu ilin yanvarın 24-də Kadıköydə bıçaqlı hücumda həyatını itirən 15 yaşlı Mattia Ahmet Minguzzinin məzarının dağıdılması Türkiyədə gündəmi zəbt edib.

Məsələyə müğənni Günel Zeynalova sosial media hesabında münasibət bildirib.

"Sizə "insan" deməyə dilim gəlmir. Ayıb olsun sizə. O da bir anaın övladır. Anası nə haldadır, Allah səbr versin. Bu görüntülərdən sonra insanlığımdan utandım. Kiçik qardaşım, səndən üzr istəyirəm, insanlığımızı bağışla. Sizin kimi düşüncəsi kirli, pis olanlarla bir dünyada yaşayıram" deyə, ifaçı paylaşımında yazıb.

Qeyd edək ki, 15 yaşlı A.Minguzzi həmyaşıdı tərəfindən 5 dəfə bıçaqlanaraq qətlə yetirilib. Vəkillər 18 yaşından kiçik hər kəsin qanuni olaraq uşaq sayıldığını və Türkiyə qanunlarına görə cəzanın azaldılmasının məcburi olduğunu bildirib. Bu isə ölkədə geniş müzakirələrə səbəb olub. Məhkəmə günündən öncə isə A.Minguzzinin məzarı dağıdılıb. Bu isə insanları daha da qəzəbləndirib. Ötən gün baş tutan məhkəmədə nöqsanların aradan qaldırılması və daha bir şahidin dindirilməsi məqsədi ilə iclas mayın 8-nə təxirə salınıb.  (Axşam.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Aprel 2025

13 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR