İnsanlara hürriyət, millətlərə istiqlal!

“Siz sadəcə pul qazanırsınız” - Paşinyanın müttəfiqi özündən çıxdı

“Heç bir suala cavab verməyəcəyəm”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu parlamentdə jurnalistlərlə söhbətində hakim “Mülki müqavilə” partiyasından olan deputat Xaçatur Sukiasyan deyib.

Xatırladaq ki, bir gün əvvəl Sukiasyan 24News.am ilə söhbətində 2023-cü ildə Qarabağ ermənilərinin döyüşmədiyini və cəmi 10 nəfərin öldüyünü bildirmişdi.

Bu bəyanat Ermənistanda birmənalı qarşılanmayıb. Daha sonra o, səhvən 210 əvəzinə 10 dediyini və buna görə üzr istədiyini bildirib.

“Mən açıqlama verdim, susdum. Sadəcə rəqəmləri qarışdırmışdım”, - deyə Sukiasyan bildirib.

Jurnalistlərdən biri müsahibəsində bunu bir neçə dəfə dediyini bildirəndə deputat özündən çıxıb və qışqırmağa başlayıb.

“Üzr istədim, get burdan. Müsahibə vermək istəmirəm. Çox pis adamsan. Sadəcə pul qazanırsan. “YouTube”da çoxlu baxışların olmasını istəyirsən, amma bunu sənə insancasına başa saldım - səhv başa düşüldüm. Artıq üzr istədim, mən də insanam”, - deyə erməni deputat sözlərini yekunlaşdırıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR