Onlayn ictimai-siyasi qəzet
Milli Məclisin yaz sessiyasının bu gün keçirilən ilk iclasında çıxış edən parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov amnistiya təklifi ilə çıxış edib.
Musavat.com-un xəbərinə görə, o deyib ki, bu gün ölkəmizdə amnistiya aktına ehtiyac var:
“Ümummilli liderdən başlayaraq, Azərbaycanda 13 amnistiya aktı və 70-dən artıq əfv sərəncamı qəbul olunub. Ən böyük amnistiya aktı Birinci vitse-prezidentimiz hələ deputat olarkən onun təşəbbüsü ilə qəbul edilmişdi və 5 min insan azadlığa qovuşmuşdu. Parlament yenə təşəbbüs göstərib, Müstəqillik Günümüzə qədər belə bir amnistiya aktını işləyib hazırlaya bilər”.
Siyavuş Novruzov qeyd edib ki, əfv sərəncamları olur, amma amnistiya aktının əhatə dairəsi daha genişdir:
“Xüsusilə, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşən, sonradan səhvə yol verən insanlar var ki, indi həbsdədir”.
Komitə sədri deyib ki, bu amnistiya aktının qəbulu həmin şəxsləri də sevindirərdi.
E.Paşasoy,
Musavat.com
03 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ