Onlayn ictimai-siyasi qəzet
Milli Məclisin iclasında çıxış edən Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bələdiyyələrlə bağlı maraqlı məqamlara toxundu.
Musavat.com xəbər verir ki, deputat bələdiyyələrin sayının çoxluğundan şikayətləndi. “Türkiyə kimi böyük dövlətdə 800 bələdiyyə fəaliyyət göstərir, bizdə 1600 bələdiyyə var”-S.Novruzov bildirdi.
Həmçinin deputat qeyd etdi ki, bələdiyyə sədrləri də üzv seçilənlər yox, seçicilər tərəfindən seçilməsi daha doğru olar.
S.Novruzov bildirdi ki, bələdiyyə üzvü seçilmək istəyənlərdən çoxlu sayda sənəd istənilir:
“Həddindən artıq sənədlərin çoxluğu da narahatlıq doğurur. Bir nəfərin namizəd oolması üçün 60 sənəd tələb olunur. Prezidentliyə namizədlə bələdiyyə üzvlüyünə namizəd eyni sənədlər toplayır. Bu mənada Seçkilər Məcəlləsinə yenidən baxılmalıdır”. Komitə sədri qeyd etdi ki, işğöaldan azad olunan ərazilərimizdə də bələdiyyələri formalaşdıracağıq və burada nümunəvi bələdiyyələrin formalaşmasına çalışmalıyıq.
E.Paşasoy,
Musavat.com
28 Noyabr 2024
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ