İnsanlara hürriyət, millətlərə istiqlal!

Siyavuş Novruzov bank faizləri ilə bağlı məsələ qaldırdı

Milli Məclisin plenar iclası spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilir.

Musavat.com xəbər verir ki, “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb. 

Deputat Siyavuş Novruzov çıxışında bank faizlərinin yüksək olmasına diqqət çəkib.

O bildirib ki, vətəndaşlarımızın kiçik və orta sahibkarlıqla məşğul olması üçün bank kreditlərinin faizi 14 faizdən başlayır:

“Bizneslə məşğul olmaq istəyən şəxsin krediti qaytarması çətin məsələdir. Ona görə də ilk məsələ bankların faiz dərəcələrinin aşağı salınması olmalıdır. Bizdə kənd təsərrüfatına, digər sahələrə 3-7 faizlik güzəştli kreditlər var. Digər sahələrdə çalışan vətəndaşlara da güzəştlər edilməlidir ki, insanlar öz biznesini qursun, ölkənin ərzaq təhlükəsizliyinə töhfə versin, iş yerləri açsınlar”.

S.Novruzov valyutadəyişmə məntəqələrinin sayının artırılması və şənbə, bazar, bayram günləri o məntəqələrin işləməsi məsələsini də qaldırıb.

O bildirib ki, artıq kənd yerlərində də “qara bazar” formalaşıb və buradan dövlətə hər hansı xeyir gəlmir:

“Odur ki, məntəqələrin sayının artırılması çox yaxşı olardı. Bu, həm də vətəndaşlar üçün iş yeridir. Ümumiyyətlə, bank sistemi ölkənin qan-damar sistemidir, bu məsələlər tam şəkildə öz əksini tapmalıdır”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR