Onlayn ictimai-siyasi qəzet
Sistit qorxulu xəstəlik olmasa da, bəzi hallarda sidik kisəsi xərçənginin də əlaməti ola bilər.
Uroloq həkimlər sistitin təhlükəli məqamlarını açıqlayıb.
“Sistitin simptomları adətən, tez-tez və ağrılı sidiyə getmə, yandırıcı hiss, qoxulu, iltihablı, tünd sidikdir. Bu zaman qasıq və beldə daimi ağrı ola bilər. Çox vaxt xəstələr sistiti özbaşına müalicə edir. Amma bu sidik kisəsi şişlərindən də ola bilər. Sistit düşünərək, qiymətli vaxt itirilə bilər. Əksər halda (80%) sistit E coli bakteriyası tərəfindən törənir.
Sistit zamanı da analiz və USM mütləqdir. 7 günlük antibakterial müalicədən sonra nəticə verməsə, əlavə müayinələr aparılmalıdır”, - uroloq həkimlər qeyd ediblər. (medicina.az)
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ