İnsanlara hürriyət, millətlərə istiqlal!

Şirkətdən TƏKZİB: Döyülmə bizim zavodda olmayıb

“Bakı Dərin Özüllər Zavodunda döyülmə hadisəsi baş verməyib. Bizim Nurlan Şahpələngov adlı işçimiz də yoxdur”.

Musavat.com xəbər verir ki, bunu Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun eksklüziv operatoru olan “Bos Shelf” şirkətinin əməkdaşı Əli Mustafayev bildirib.

Onun sözlərinə görə, hadisə başqa zavodda olub.

Qeyd edək ki, Bakupost.az məlumat yaymışdı ki, Qobustanda, El Metal+ QSC-də işçilər arasında dava baş verib. Bir neçə şəxs 2001-ci il təvəllüdlü Nurlan Şahpələngovu vəhşicəsinə döyüblər. O, beyinin ağır dərəcəli travması və dalağın partlaması diaqnozu ilə 1 sayli Kliniki Tibbi Mərkəzə çatdırılıb və dərhal əməliyyata alınıb.

Zərərçəkənin vəziyyəti ağırdır.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR