İnsanlara hürriyət, millətlərə istiqlal!

Şirkət rəhbərinə “kişiliyin yoxdur” deyən xanım müştəri cərimələndi- TƏFƏRRÜAT  

Şirkət rəhbərini təhqir edən qadın cərimələnib. Sahibkar xanım şirkətin onu məhkəməyə verməsinə qəzəblənərək internet televiziya kanallarında şirkətin rəhbəri haqda təhqiredici ifadələr səsləndirib.

Musavat.com xəbər verir ki, sahibkar xanım Xalima Ustayeva “AzEstetik Group” MMC-dən lazer-epillyasiya cihazı və ekran ehtiyat hissəsi alıb. Məhsul ödənişi hissə-hissə edilmək şərti ilə satılıb.

Xalima Ustayeva lazer-epillyasiya cihazının ödənişini etsə də ekran ehtiyat hissəsinin ödənişinin bir hissəsini ödəməyib. Səbəbi isə ehtiyat hissəsinin nasaz olması ilə əsaslandırıb.

Şirkət min manata yaxın ödənişi məhkəmə yolu ilə Xalima Ustayevadan tələb edib. Məhkəmə xanım sahibkarın pulu ödəməsi ilə bağlı qərar çıxarıb.

Bundan sonra xanım sahibkar narazı qalaraq şirkətin qarşısına gəlib və özü ilə jurnalistlər də dəvət edib. O, haqsızlığa məruz qaldığını, şirkətin bu hərəkətlərinin nəticəsi olaraq atasını da itirdiyini deyib. 

Şirkət rəhbəri ilə görüşmək istəyəndə “şirkətdə yoxdur” cavabı alan Xalima Ustayeva internet televiziya kanallarına müsahibəsində “şirkət rəhbərinin kişiliyi yoxdur, qarşıma çıxsın” deyib. Bu çıxışı youtube kanallarında yayımlanıb.

Şirkət rəhbəri Rəşad Qasımov bu çıxışları təhqir hesab edərək məhkəməyə müraciət edib və Xalima Ustayevanın cəzalandırılmasını istəyib.

Məhkəmə Xalima Ustayevanı Cinayət Məcəlləsinin 148-ci (təhqir) maddəsi ilə təqsirli bilərək 1000 manat cərimə edib.

İ.Muradov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR