İnsanlara hürriyət, millətlərə istiqlal!

Simeone "Atletiko"dan ayrılır

"Atletiko"nun baş məşqçis Dieqo Simeone mövsümün sonunda komandanı tərk edəcək.

Qol.az xəbər verir ki, bu barədə "El Chiringuito" məlumat yayıb. 52 yaşlı mütəxəsssis yayda Madrid klubundan ayrılacaq. Simeone artıq "Atletiko"nun baş direktoru Miqel Anhel Gilə qərarı barədə məlumat verib.

Qeyd edək ki, Simeone 2011-ci ildən "Atletiko"nu çalışdırır. Onun baş məşqçliyi altında komanda 2 dəfə La Liqanın, Avropa Liqası və Avropa Superkubokunun qalibi olub. Həmçinin "Atletiko" 2 dəfə Çempionlar Liqasının finalına yüksəlib. “Atletiko” Simeone ilə İspaniya kubokunu və Superkubokunu da qazanıb. Komanda hazırda La Liqanın turnir cədvəlində 27 xalla 5-cidir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR