İnsanlara hürriyət, millətlərə istiqlal!

Şimalı Koreyadan iki ölkəyə TƏHDİD - Ciddi tədbir görüləcək

Ardıcıl raket sınaqları ilə Koreya yarımadasında gərginliyin artmasına səbəb olan Pxenyan rəhbərliyi ötən gün bölgədə ortaq hava təlimi keçirən ABŞ və Cənubi Koreyanı hədəf alıb.

Musavat.com xəbər verir ki, Seul-Vaşinqton ittifaqı tərəfindən təşkil edilən birgə təlimlər Şimali Koreya tərəfindən "davamlı və ehtiyatsız hərbi təxribatlar" olaraq xarakterizə edilib.

Şimali Koreya Xarici İşlər Nazirliyi açıqlamasında bildirib ki, bu, yarımadada gözlənilməz vəziyyət qarşısında Şimali Koreyanın strateji hədəflərini vurmağa yönəlmiş aqressiv müharibə təlimidir.

"ABŞ hərbi təxribatlarda israr edərsə, Şimali Koreya daha ciddi tədbirləri nəzərdən keçirəcək", - bəyanatda deyilir. “Daha ciddi tədbirlərin” nə olduğu barədə məlumat verilməyib.

Qeyd edək ki, Cənubi Koreya və ABŞ son 5 ilin ən genişmiqyaslı ortaq hava təliminə dünən başlayıb və 5 gün davam edəcək təlimə 2 ölkədən 240 döyüş təyyarəsinin qatılacağı açıqlanıb. Təlim iki ölkənin birgə hava əməliyyatlarının uğurunu təsdiqləmək məqsədi daşıyır.

Nigar Cəfərli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR