Onlayn ictimai-siyasi qəzet
Cənubi Koreya ordusunun komandanlığı yanvarın 24-də bildirib ki, Şimali Koreya Ukraynaya qarşı müharibədə Rusiya tərəfində döyüşən Şimali Koreya əsgərləri arasında əhəmiyyətli itkilər olduğunu bildikdən sonra Rusiyaya əlavə qoşun göndərməyə hazırlaşır.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bundan başqa, Cənubi Koreyanın hərbi rəhbərliyi iddia edib ki, KXDR ABŞ ərazisinə çatmaq üçün nəzərdə tutulan qitələrarası ballistik raketin sınaq buraxılışına hazırlaşmağa davam edir.
Cənubi Koreya kəşfiyyatının hesablamalarına görə, Ukraynadakı döyüşlərdə artıq 300-ə yaxın Şimali Koreya əsgəri həlak olub, daha 2700 əsgər isə yaralanıb.
Daha əvvəl Ukrayna prezidenti Vladimir Zelenski Şimali Koreyanın 4 min əgərinin öldürüldüyünü və yaralandığını bildirib. ABŞ tərəfi isə bu rəqəmin 1200-ə yaxın olduğunu bəyan edib. Buna baxmayaraq, Cənubi Koreya hesab edir ki, KXDR Rusiyaya yeni qoşun kontingentinin göndərilməsi üçün hazırlığı sürətləndirir, lakin belə bir qənaətin nəyə əsaslandığını dəqiqləşdirməyib.
Musavat.com
24 Fevral 2025
23 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ