İnsanlara hürriyət, millətlərə istiqlal!

Şimali Koreya konstitusiyasına edilən bu əlavə QALMAQAL YARATDI

Nüvə enerjisini inkişaf etdirmək strategiyasının Şimali Koreya konstitusiyasına daxil edilməsi büynəlxalq səs-küyə səbəb olub.

Sfera.az bildirir ki, bununla bağlı Cənubi Koreyanın Müdafiə Nazirliyi də xəbərdarlıq bəyanatı yayımlayıb. Qurum qeyd edib ki, Şimali Koreya nüvə silahından istifadə edərsə, bu, Pxenyan rejiminin sonu olacaq.

“Ordumuz Cənubi Koreya-ABŞ tərəfdaşlığı çərçivəsində Şimali Koreyanın istənilən hücumuna cavab vermək imkanlarına malikdir. Odur ki, bu ölkə nüvə silahından istifadə etməyə çalışarsa, rejiminin sonu ilə üzləşəcək. Pxenyanın nüvə silahı proqramı Koreya yarımadasının sülhü və sabitliyi, o cümlədən beynəlxalq ictimaiyyət üçün ciddi təhdiddir”.

Bildirilib ki, nüvə potensialının inkişaf etdirilməsi Şimali Koreyanı beynəlxalq ictimaiyyətdən daha da təcrid edəcək və problemləri artıracaq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR