Onlayn ictimai-siyasi qəzet
Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Polşanın XİN rəhbəri Radoslav Sikorski ilə Varşavada keçirdiyi görüş zamanı Ukraynanın işğal olunmuş əraziləri və neytral statusu ilə bağlı Putinin güzəştə gedib-getməyəcəyi barədə jurnalistlərin sualına cavab verib.
Musavat.com xəbər verir ki, bu barədə “Polskie Radio” məlumat yayıb.
Məlumata əsasən, Sibiqa Ukraynanın ədalətli və möhkəm sülhün tərəfdarı olduğunu vurğulayıb.
“Bu mövqeyə sadiq qalmaq və ədalətli sülhə nail olmaq üçün tərəfdaşlarımızın dəstəyini qazanmaq çox vacibdir. Bizə sadəcə müharibənin olmadığı bir vəziyyət lazım deyil. Biz “Minsk-3” və ya “Yalta-2” istəmirik”, - deyə Ukrayna XİN rəhbəri bildirib.
Musavat.com
12 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ