İnsanlara hürriyət, millətlərə istiqlal!

Si Cinpin BRİKS sammitinə qatılmayacaq

Çin rəhbəri Si Cinpin iyulda Rio-de-Janeyroda keçiriləcək BRİKS sammitində iştirak etməyəcək. Musavat.com xəbər verir ki, məlumatı South China Morning Post (SCMP) yayıb.

Qəzetin yazdığına görə, vəziyyətlə tanış olan adı açıqlanmayan rəsmilər nəşrə bildiriblər ki, Pekin Braziliya hökumətinə sammitdə Çin nümayəndə heyətinə Baş nazir Li Qianqın rəhbərlik edəcəyi barədə məlumat verib.

Çin liderinin sammitdə iştirak etməməsinə səbəb Si Cinpinin bir ildən az müddətdə artıq iki dəfə Braziliya prezidenti Luis İnasio Lula da Silva ilə görüşməsidir: əvvəlcə ötən ilin noyabrında Braziliyada keçirilən G20 sammitində, sonra isə may ayında Pekində Çin-Latın Amerikası və Karib hövzəsi ölkələrinin icması forumunda.

Hələlik bu məlumatın rəsmi təsdiqi yoxdur. SCMP-nin qeyd etdiyinə görə, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Jiakun Braziliyanın "Folha de S.Paulo" qəzetinə deyib ki, "zirvədə iştirakla bağlı məlumat müvafiq vaxtda veriləcək".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR