İnsanlara hürriyət, millətlərə istiqlal!

Şeyx Əbdülün sərt tənqidlərinə Elza Seyidcahandan CAVAB

“Bu gün Azərbaycanın iki faciəsi var. Sosial faciəni bir kənara qoyuram, o dövlətin işidir. Amma iki mənəvi dəyər var - biri elm, digəri mədəniyyət. İkisi də acınacaqlı vəziyyətdədir. Elza Seyidcahanlar, Aygün Kazımovalar, Röyalar, Şəbnəm Tovuzlular bu gün Azərbaycan musiqisini, poeziyasını təmsil edirsə, bu, dəhşətdir".

Bu sözləri Xalq artisti, aktyor-rejissor Şeyx Əbdül Mahmudov Lent.az-a müsahibəsində deyib.

Xalq artisti bununla kifayətlənməyərək, Əməkdar artist Elza Seyidcahanın Azərbaycan Yazıçılar Birliyinə (AYB) üzv qəbul olunmasına da açıq şəkildə etiraz edib:

"Elza Seyidcahan qonşumdur. Yüksək konservatoriya təhsili var. Arif Məlikovun tələbəsidir. Peşəkar musiqiçidir. Lakin poeziyadan söhbət gedə bilməz axı. Ona qarşı münasibət bildirən təkcə mən olmuşam. Hətta AYB üzvlərinə dedim ki, sizin yerinizə olsam, etiraz əlaməti olaraq kütləvi şəkildə oradan çıxaram. Guya orada sizə nə verirlər ki? Yalandan ad, vəsiqədir də. Gəlin, sizə o vəsiqədən 10 dənəsin verim. Cəmiyyət pis şeylərlə barışırsa, bu, faciədir. Amma mən barışmamışam”.

Əməkdar artist Elza Seyidcahan Xalq artistinin onun barəsində səsləndirdiyi fikirlərlə bağlı Musavat.com-a açıqlamasında deyib:

"Canı sağ olsun. Yaşlı adamdır. Mən ona ancaq can sağlığı arzulaya bilərəm. Və tövsiyyə edirəm ki, "Əşyalarım" şeirimə bir nəzər salsın. Bəlkə özü öz sualına bir cavab tapar".

Xalidə Gəray,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Mart 2025

BÜTÜN XƏBƏRLƏR