İnsanlara hürriyət, millətlərə istiqlal!

Sevda psixoloqu təhqir etdi: "Sizə kişi kimi baxmıram" - Efirdə gərgin anlar

"ARB" telekanalında yayımlanan "Səni axtarıram" verilişinin ötən günkü buraxılışında gərgin anlar yaşanıb.

BAKU.WS xəbər verir ki, proqrama gələrək kömək istəyən Sevda adlı xanımla ekspert qismində çıxış edən psixoloq Elmir Əkbər arasında mübahisə baş verib.

Elmir nikahdan kənar, qeyri-qanuni övlad dünyaya gətirən qadına bir sıra məsləhətlər verib. Bundan sonra Sevda "Sizin özünüzə psixoloq lazımdır" deyərək onu təhqir edib.

Sözügedən qadın psixoloqa təhqirlərini davam etdirib. Elmir ona "xanım" adının yaraşmadığını deyib. Sevda isə "Mən də heç sizə kişi gözü ilə baxmıram" sözlərini söyləyib.

Ətraflı videoda:

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR