İnsanlara hürriyət, millətlərə istiqlal!

Səudiyyə Ərəbistanında kütləvi həbslər: 50-dən çox şəxs saxlanıldı

Səudiyyə Ərəbistanında 50-dən çox şəxs "əxlaqsız hərəkətlər" ittihamı ilə saxlanılıb.

Musavat.com "The Financial Times"a istinadən xəbər verir ki, həbs olunanlar arasında onlarla əcnəbi də var.

Məlumata görə, saxlanılanlar əsasən fahişəlik və dilənçiliklə məşğul olmaqda şübhəli bilinir. "Onlarla əcnəbi masaj salonlarında əxlaqsız əməllərə görə və qadınlar ilə uşaqları küçə dilənçiliyinə məcbur etdikləri üçün həbs edilib", – nəşr bildirir.

Qeyd edək ki, 2019-cu ildə qüvvəyə minən qanun yalnız son vaxtlar vəliəhd şahzadə Məhəmməd bin Salmanın göstərişi ilə gücləndirilib və bu məqsədlə xüsusi bir bölmə yaradılıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Mart 2025

BÜTÜN XƏBƏRLƏR