İnsanlara hürriyət, millətlərə istiqlal!

Səudiyyə Ərəbistanı - “Twitter” əlaqələri araşdırılır

ABŞ Senatının Demokratlar Partiyasından olan üzvü Kris Merfi milyarder İlon Maskın “Twitter”i satın alması ilə bağlı prosesin tam yoxlanılmasını tələb edib.

Musavat.com-un məlumatına görə, o, federal dövlət qurumlarına məktub göndərərək Səudiyyə Ərəbistanının sosial şəbəkə platformasında payının nə qədər olduğunu xəbər alıb.

Kris Merfi ABŞ şirkətlərinin xarici alıcılar tərəfindən satın alınmasına nəzarət edən Xarici İnvestisiya Komitəsindən Səudiyyə Ərəbistanının “Twitter”dəki hissələrinin milli təhlükəsizliyə nə dərəcədə təsir göstərəcəyi ilə əlaqədar araşdırma aparılmasını da istəyib.

Qeyd edək ki, ötən həftə Səudiyyə Ərəbistanına bağlı “Kingdom” holdinqi və şahzadə Əl-Valid bin Talalın şəxsi ofisi “Twitter”də 1,89 milyard dollarlıq səhmlərinə sahib olduqlarını bildiriblər.

Xatırladaq ki, sosial platformanın İlon Mask tərəfindən satın alınması ən çox demokratları narahat edir. İxtiraçı milyarderin hakim partiya ilə münasibətlərinin yaxşı olmadığı heç kimə sirr deyil. Üstəlik, burada Bayden administrasiyası ilə xoş münasibətdə olmayan Səudiyyə xanədanının da payının olması Demokratlar Partiyası üçün ciddi problem kimi qəbul edilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR