İnsanlara hürriyət, millətlərə istiqlal!

Sərnişinlərlə kobud davranan avtobus sürücüsünə xəbərdarlıq edildi  

“BakuBus” MMC-nin istismarında olan 149 saylı müntəzəm marşrut xətti üzrə hərəkət edən 99JU529 nömrə nişanlı avtobusun sürücüsünə xəbərdarlıq edilib.

“BakuBus” MMC-nin mətbuat katibi Əsmər Əliyeva Musavat.com-un sorğusuna cavab olaraq bildirib ki, şikayətdə göstərilən hallar qismən təsdiqini tapıb:

"Xəbərdə qeyd olunan şikayət tərəfimizdən araşdırıldı. Sürücü Abdinov Əli tərəfindən ilk dəfə bu hala yol verildiyindən araşdırmanın nəticəsi olaraq ona xəbərdarlıq elan olunub.

Qurumun sözçüsü əlavə edib:

"Qeyd etməyi zəruri hesab edirik ki, biz fəaliyyətimizin səmərəliliyinin sərnişin rəyləri əsasında müəyyən edildiyi qənaətindəyik və buna görə də hər bir sərnişin rəyi bizim üçün önəmlidir. Bu rəyin bizə çatdırılmasında vasitəçi olduğunuz üçün sizə təşəkkürümüzü bildiririk. Sərnişinlərin yanında olmağa çalışırıq və bu hədəfimizi yaradılmış müxtəlif platformalar vasitəsilə reallaşdırırıq.

Onu da diqqətinizə çatdırırıq ki, sərnişindaşıma xidmətinin əhatə dairəsinin genişlənməsilə yanaşı, fəaliyyətimizin prioriteti olan sərnişin məmnuniyyəti daim diqqət mərkəzimizdədir və bu istiqamətdə davamlı tədbirlər həyata keçirilir. Belə ki, xidmət keyfiyyətini fəaliyyət standartına çevirən “BakuBus” MMC, ötən il bu istiqamətdə yeni institusional addım atmış, keyfiyyətə nəzarət mütəxəssisləri sistemi yaradılıb. Bu mütəxəssislər gündəlik əsasda bilavasitə xidmət zamanı keyfiyyətin monitorinqini həyata keçirir və sərnişinlərin rəyini öyrənirlər.

Fürsətdən istifadə edərək, xidmət keyfiyyətinin yüksəldilməsi baxımından sərnişinləri daha yaxından əməkdaşlığa dəvət edirik”. 

Xatırladaq ki, yanvarın 11-də 149 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 99 JU 529 nömrə nişanlı avtobusun sürücüsü sərnişinlərə kobudluq etdiyi, onları mənzil başına vaxtından gec çatdırdığı üçün narazılıq yaranmışdı. Sərnişinlər məsələ ilə bağlı Musavat.com-a müraciət etmişdilər.

 

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR