İnsanlara hürriyət, millətlərə istiqlal!

Sərnişinlərə ŞAD XƏBƏR: Bu istiqamətdə marşrut uzadılır, reyslər artırılır

“Azərbaycan Dəmir Yolları” (ADY) yaxın zamanlarda qatarların ölkədaxili marşrutunda dəyişiklik edəcək.

Bakı-Ağstafa-Bakı sürətli qatarının hərəkət marşrutu uzadılacaq. Bundan sonra Qazaxa səfər etmək istəyən sərnişinlər də qatarın xidmətindən yararlana biləcəklər.

Hərəkət cədvəlində də dəyişiklik olacaq. Gün ərzində sözügedən istiqamətlər üzrə bir deyil, bir neçə qatar hərəkət edəcək. Eyni zamanda gecə reyslərinin bərpası nəzərdə tutulub. Bunun üçün kupeli qatarlar sifariş olunub.

Yeniliklərin yaxın zamada tətbiq ediləcəyi gözlənilir. Bir müddətdir bu istiqamətdə hazırlıq işləri aparılır. (Publika.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR