İnsanlara hürriyət, millətlərə istiqlal!

Sərkisyan Paşinyana qarşı - Xalqı meydana səslədi, itaətsizlik istədi - SENSASİYA    

Ermənistanda xaos getdikcə dərinləşir. Xalqın Paşinyana qarşı etirazından istifadə edən köhnə klan yenidən hərəkətə keçib.

Musavat.com xəbər verir ki, eks prezident Sərkisyan xalqı meydanlara, Paşinyana qarşı çıxmağa çağırıb.

"Nə vaxt görsəm ki, məni gözləyənlər çoxdur, vəziyyətin həlli variantımı deyəcəyəm",-deyə , Xocalı canisi Serj Sərkisyan İrəvandakı ənənəvi üzdəniraq məşəl yürüşündən əvvəl jurnalistlərlə söhbətində deyib.

“Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırmağın ən düzgün və ən sərfəli yolu etimadsızlıq ifadə etməkdir. Bunun vaxtı gələcək… “Şərəf duyuram” fraksiyası və ya 2 fraksiya birlikdə bunu edə bilməz, ictimai təzyiqi təmin etməlisiniz. Nə vaxt görsəm ki, məni çox adam gözləyir, mən öz həll variantımı deyəcəyəm”, - deyə Sərkisyan çərənləyib.

Terrorçu eks-prezident Qazax rayonunun 4 kəndinin Azərbaycana qaytarılmasına etirazlara polis müdaxiləsinin də "çox təhlükəli vəziyyət" yaratdığını bildirib.

Onu da qeyd edək ki, etirazçılar bir neçə gün öncə açıqlama yayaraq bildiriblər ki, onlar Sərkisyanın başlarına keçməsini istəmirlər. Hesab edirlər ki, Sərkisyanın da imici yaxşı deyil və onun etirazçıların lideri olması ciddi problemlər yarada bilər.

Lakin bununla belə, Sərkisyan etirazçı kütləyə kənardan yön verməyə çalışır, açıqlamaları ilə diqqət çəkir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR