İnsanlara hürriyət, millətlərə istiqlal!

SENSASİYA! Ermənilər Qarabağa QAYIDIR, qeydiyyat BAŞLADI – Üzeyir Cəfərovla CANLI DEBAT

 

Ermənistanla bağlı çox pis proqnozlarım var. Bu sözləri Ermənistanın “Vətəndaş qərarı” partiyasının keçmiş icraçı katibi, hazırda qızğın şəkildə “küçə mübarizəsinə” hazırlaşan Suren Saakyan deyib.


“Qərbi Azərbaycan anlayışı, azərbaycanlıların Ermənistana qayıtması - bunlar oxşar müzakirələrdir, problem budur. Təhlükəni vaxtında hiss etməkdə böyük problemimiz var. Yəni təhlükə burnumuzun dibindədir, biz heç nə etmirik. Biz faktiki təhlükələri vaxtında hiss edib onların qarşısını ala bilmirik. Belə davam etsək, işlərimiz yaxşı ola bilməz. İstəsək də, istəməsək də küçələrə çıxmalıyıq, Ermənistanın siyasətini dəyişməliyik”, - o deyib.

"Xankəndidə və Qarabağ ərazisində yaşayan erməni sakinlərin ilkin qeydiyyatı həyata keçirilir". Bu barədə Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov jurnalistlərlə görüşdə deyib. Onun sözlərinə görə, məsələ ilə bağlı işlər mərkəzləşdirilmiş qaydada aparılır: “Bununla əlaqədar işlər yekunlaşdıqda ictimaiyyətə məlumat veriləcək”

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonaqlarımız hərbi ekspert Üzeyir Cəfərovla Kommunist Partiyasının sədri Rauf Qurbanovdur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.


Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR